Paşinyanın partiyası: Hərbi əməkdaşlıq sahəsində rusiyalı tərəfdaşlarla işləməyə davam edirik

Paşinyanın partiyası: Hərbi əməkdaşlıq sahəsində rusiyalı tərəfdaşlarla işləməyə davam edirik
# 18 yanvar 2024 11:40 (UTC +04:00)

İrəvan hərbi əməkdaşlıq sahəsində rusiyalı tərəfdaşlarla işləməyə davam edir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının nümayəndəsi Artur Ovannisyan deyib.

“Biz təhlükəsizlik sahəsində tarazlığın təmin edilməsi və dövlət maraqlarına əsaslanaraq bütün tərəfdaşlarımızla işləmək yolu ilə gedirik”, - “Vətəndaş Müqavilə”si partiyasının katibi Artur Ovannisyan brifinqdə bildirib.

Deputat Qaqik Melkonyanın Ermənistanın əvvəllər bağlanmış müqavilələr çərçivəsində bu yaxınlarda Rusiya Federasiyasından silah partiyası alması ilə bağlı son bəyanatını şərh edən katib jurnalistlərə Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR