AzərTAc-ın maliyyələşmə mexanizmi dəyişib

AzərTAc-ın maliyyələşmə mexanizmi dəyişib
# 10 avqust 2016 16:10 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc) haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib.

APA-nın məlumatına görə, dəyişiklik AzərTAc-ın fəaliyyətinin təşkili ilə bağlıdır.

İndiyə qədər AzərTAc dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşib və informasiya və təsərrüfat fəaliyyətindən əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülüb.

Dəyişikliyə əsasən, bundan sonra AzərTAc-ın saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti, büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar, ianələr, habelə xidmətlər göstərilməsindən və işlər görülməsindən əldə edilən vəsait hesabına maliyyələşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR