Peruda fövqəladə ekoloji vəziyyət elan olunub

 Peruda fövqəladə ekoloji vəziyyət elan olunub
# 23 yanvar 2022 04:01 (UTC +04:00)

Sahil zonası neftlə çirkləndiyi üçün Peru hökuməti 90 gün fövqəladə ekoloji vəziyyət elan edib.

APA-nın xəbərinə görə, məqsəd 6000 barel xam neftin dağıldığı ərazidə ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Hökumətin məlumatına görə, xam neft dəniz axını ilə sahil boyu yayılır və artıq bu səbəbdən 21 çimərlik bağlanıb. Çox sayda dəniz canlısı neftə görə tələf olub. Ölkənin turizm sektoruna çox ciddi ziyan dəyib. Hökumət “Repsol” şirkətindən təzminat tələb edib.

Qeyd edək ki, qəza İspaniyanın “Repsol” şirkətinə məxsus tankerdən neftayırma zavoduna xammal boşaldılarkən baş verib. Tonqa adasında baş vermiş vulkan püskürməsi nəticəsində yaranan dalğalar boşaldılma zamanı tankerdən 6 min barelədək neftin okeana tökülməsinə səbəb olub. Hadisə zamanı tankerdə 1 milyon barel neft olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR