Peskov: Rusiya və Ukrayna prezidentlərinin görüşünə hazırlıq getmir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 yanvar 2022 01:33 (UTC +04:00)

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Türkiyə prezidentinin Vladimir Putin və Volodimir Zelenskinin görüşünü təşkil etmək təklifinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Peskov hər hansı görüşə hazırlıq getmədiyini bildirib: “Görüşlə bağlı heç nə yoxdur. Yalnız Ukraynanın silahla təmin edilməsi və bu ölkənin Minsk razılaşmasına əməl etməməsi var”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan yanvarın 20-də Rusiya və Ukrayna prezidentlərinin birbaşa görüşünü təşkil etməyə hazır olduğunu bildirib.



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR