Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyat davam edir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün başlıcası məqsədlərinə çatmaqdır. Ukraynada "Maydan"ın 10 illiyi ilə bağlı sualı cavablandıran Rusiya prezidentinin mətbuat katibi bildirib ki, bu, Qərbin hərbi çevrilişi olub.
"Ukraynada 2014-cü ildə “Maydan” yox, xaricdən sponsorluq edilən hərbi çevriliş olub. Gəlin hər şeyı adı ilə deyək", - deyə Peskov vurğulayıb.