"2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 milyard dollar təşkil edib". "APA-Economics" xəbər verir ki, bunu "Qazprombank"a daxil olan sənaye müəssisələrinin biznes missiyasının keçirdiyi konfransda Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev deyib.
O bildirib ki, 2014 və 2015-ci illərlə müqayisədə ötən il ticarət dövriyyəsi azalıb: "Ticarət dövriyyəsinin azalmasına dünya iqtisadiyyatında baş verən proseslər səbəb olub. Hazırda hər iki ölkənin iqtisadiyyatı yeni reallıqlara uyğunlaşır. Xüsusilə iki ölkə arasında investisiya sahəsində canlanma müşahidə edilir. Hər iki ölkənin səyləri bu prosesə təkan verir. Biz iqtisadiyyatın şaxələndirilməsi və xammaldan asılılığın azaldılmasında maraqlıyıq. Əminəm ki, görülən tədbirlərin nəticəsi olaraq iki dövlət arasında ticarət dövriyyəsi artacaq".