Bakı. Fərid Mirzəyev - APA. Bu gün yerli vaxtla 14.41-də Azərbaycan-İran sərhədində zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, 28 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.9 olub.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində - Beyləqan rayonu ərazisində 3 bala qədər hiss olunub.