Cavid Qurbanov: "Xəzər Dəniz Gəmiçiliyi" insaflı olsa, yükdaşımalar artacaq"

Cavid Qurbanov: "Xəzər Dəniz Gəmiçiliyi" insaflı olsa, yükdaşımalar artacaq"
# 13 oktyabr 2016 13:40 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Bizim əsas məqsədimiz dəmiryolçuların orta aylıq əmək haqlarını 2-3 dəfə, yükdaşımaların həcmini 50% artırmaqdır". "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

"Əsas işimiz xidmətdir və bu xidmətin başında sərnişin və yüklərin daşınması durur. 2014-cü ildə dəmir yolu vasitəsilə 21 milyon 800 min tona yaxın yük daşınıb. Bunun təxminən 5 milyon tonu ölkədaxili yükdaşımaların payına düşür. Başqa sözlə, ucuz yükdaşıma olub. Daşınan yüklərin tonunu 5 manatdan hesablasaq, söhbət 25 milyon manatdan gedir. Yəni dəmir yolunun bizə verdiyi gəlir bu rəqəmdir. Tikinti sektorunda canlanma olduğu müddətdə dəmir yolu vasitəsilə çınqıl, daş havayı, pulsuz daşınıb. Daşımasalar daha yaxşı idi. Çünki bununla texnikalar sıradan çıxıb. 2015-ci ildə 17 milyon tondan çox daşınıb ki, bunun da 2,3 milyon tonu daxili bazarın payına düşüb. Bu ilin 8 ayı ərzində təxminən 15,5 milyon ton yük daşınıb", - deyə C. Qurbanov bildirib.

Sədr əlavə edib ki, bundan öncə düzgün aparılmayan tarif siyasəti yüklərin Azərbaycandan yan keçməsinə səbəb olub: "Lakin biz bir qədər bu prosesin qarşını ala bildik. Belə demək mümkünsə, tənəzzül bir qədər dayanıb. Yükdaşımaların həcmində artım müşahidə olunur. Hesab edirəm ki, gələn il bizim hədəfimiz 1,7 - 1,8 milyon ton yükün daşınması olmalıdır. İnkişaf mərhələli şəkildə olmalıdır. Qorbaçov siyasətinə yenidənqurma deyirdi, amma yenidənqırma oldu. Mənim müavinlərim hər gün danışıqlar aparır. Bilirsiniz ki, Türkiyə, Gürcüstan, Qazaxıstan və Ukraynada nümayəndəliklərimiz açılıb. Allah "Kaspar"a ("Xəzər Dəniz Gəmiçiliyi" QSC) insaf versin. Onlar bir az insafa gəlsələr, biz başqa ölkələrin, xüsusilə Çin, Ukrayna kimi ölkələrin yüklərinin Azərbaycan üzərindən daşınmasına nail olacağıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR