Səfir: "Yunanıstanın energetika naziri Azərbaycana qarşı hörmətsizlik edib" - YENİLƏNİB

Səfir: "Yunanıstanın energetika naziri Azərbaycana qarşı hörmətsizlik edib" - <span style="color: red;">YENİLƏNİB
# 06 sentyabr 2016 10:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın Afinadakı səfiri Rəhman Mustafayev Yunanıstanın energetika naziri Panos Skurletisin "Azərbaycan tərəfi iqtisadiyyatdakı durğunluq səbəbindən DESFA-nın özəlləşdirilməsindən imtina etmək istəyir" açıqlamasına münasibət bildirib.

"APA-Economics"in məlumatına görə, səfir qeyd edib ki, bu cür bəyanatlar qəbulolunmazdır və təəccüb doğurur: "Bu açıqlama bizdə təəccüb doğurdu. Bu bəyanat qəbulolunmazdır. Nazir Azərbaycana qarşı hörmətsizlik etməməli idi. İki dost ölkənin rəsmiləri özünü bu cür aparmamalıdır. Bəyanatın mahiyyətinə gəldikdə, səslənən fikirlər həqiqəti əks etdirmir. Azərbaycan, o cümlədən SOCAR bir çox ölkələrə, məsələn, Rusiya, Türkiyə, İran, Gürcüstan, İsveçrə, Malta, Bolqarıstan, Çernoqoriya, Serbiya və sair ölkələrə iri investisiyalar yatırıb və etibarlı tərəfdaş olduğunu sübut edib. İctimaiyyətin diqqətinə bir məqamı da çatdırmaq istərdim. 2013-cü ildə SOCAR DESFA-nın özəlləşdirilməsi ilə bağlı tenderi udub. Qiyməti 325 mln. avro idi. Lakin o zaman baş nazir Azərbaycan prezidentinə müraciət edərək bildirdi ki, ölkənin iqtisadi durumu çətindir və DESFA-nın bazar dəyəri 400 mln. avroyadək artırılıb. Biz tərəfdaşlarımızın təklifinə müsbət reaksiya verdik, onlarla həmrəyliyimizi göstərdik. Hər hansı bir ölkə və ya investor göstərin ki, bir məhsulu bazar dəyərindən 20% artıq qiymətə alsın. Halbuki, DESFA-nın özəlləşdirilməsinə heç bir Avropa şirkəti maraq göstərməyib".

Diplomat qeyd edib ki, anlaşılmazlığa baxmayaraq, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsində maraqlıdır və proseduru yekunlaşdırmaq istəyir: "Şirkətin bazar dəyəri azalıb, risklər artıb. Potensial investor olan SOCAR-a hörmətlə yanaşmaq lazımdır".

**** SAAT 12:02

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Yunanıstan hökumətinin DESFA-nın özəlləşdirilməsi ilə bağlı keçirilən tender proseduruna dəyişiklik etməsi Azərbaycan tərəfinin narazılığına səbəb olub. "APA-Economics" xəbər verir ki, bunu Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev bildirib.

Səfir qeyd edib ki, Yunanıstan hökumətinin artıq mənfəət əldə etmək niyyəti ikitərəfli işgüzar münasibətlərə təsir edə bilər.

Diplomat bildirib ki, energetika naziri Panos Skurletis tərəfindən təklif edilən dəyişikliklər SOCAR rəsmiləri ilə razılaşdırılmayıb: "Bu isə öncədən danışılmış şərtlərə ziddir və özəlləşdirmə prosesini çətinləşdirir. SOCAR bir çox ölkədə fəaliyyət göstərir, lakin bu cür halla ilk dəfə qarşılaşır. Nazir bildirir ki, dəyişikliklər istehlakçıların müdafiəsinə hesablanıb, lakin bu mifdir. Bunu hətta mənim söhbətləşdiyim biznesmenlər də təsdiqləyir. Bu cür məsələlərə inzibati müdaxilə xarici investisiya axınının qarşısını ala bilər. Əgər kimsə hansısa mexanizmi dəyişmək istəyirsə, biz etiraz etmirik. Lakin bu sivil qaydalar çərçivəsində baş verməlidir. Bu addım isə SOCAR-la, yəni potensial investorla razılaşdırılmadan atılır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR