Ağ Ev: “Suriyaya yeni zərbələrin endirilməsi istisna edilmir”

Ağ Ev: “Suriyaya yeni zərbələrin endirilməsi istisna edilmir”
# 10 aprel 2017 20:41 (UTC +04:00)

Rəsmi Vaşinqton  Suriyaya yeni zərbələrin endirilməsini istisna etmir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

 

“Əgər dinc insanlar zəhərli maddələrdən istifadə ilə hücuma məruz qalsalar, yeni zərbələrin endirilməsi istisna edilmir”, deyə Ş.Spayser bildirib.

 

O həmçinin qeyd edib ki, ABŞ Suriya münaqişəsinin nizamlanmasında Rusiya daxil olmaqla digər ölkələrlə əməkdaşlığa üstünlük verir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR