Antalyada raket atəşi açmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb

Antalyada raket atəşi açmaqda şübhəli bilinən 25 nəfər saxlanılıb
# 15 oktyabr 2016 16:37 (UTC +04:00)

Bakı-APA. Türkiyə polisi Antalya-Kəmər magistral yoluna raket zərbələri endirməkdə şübhəli bilinən 25 şəxs saxlanılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, əməliyyatlar İstanbul və Ankara daxil olmaqla ölkənin bir çox bölgəsində keçirilib. Saxlanılanların PKK terror təşkilatı ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, Antalya-Kəmər magistral yolu ötən gün raket zərbəsinə məruz qalıb. Dağlıq ərazidən dəniz istiqamətində atılan üç raket balıq emalı müəssisəsinə məxsus obyektlərə dəyib. İnsident nəticəsində xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR