Kiyevdə kütləvi aksiyalar zamanı 3 nəfər xəsarət alıb

Kiyevdə kütləvi aksiyalar zamanı 3 nəfər xəsarət alıb
# 21 noyabr 2016 23:49 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə baş verən kütləvi aksiyalar zamanı 3 nəfər xəsarət alıb, onların həyatların təhlükə yoxdur.

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, bundan əvvəl 10 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilirdi.

Ötən axşam Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Daha sonra bir qrup etirazçı Tolstoy küçəsində yerləşən “Sberbank”-ın pəncərələrini qırıb, binaya girib və otaqları talan edib. Kiyev şəhər polisinin rəisi Andrey Krişşenko faktla bağlı araşdırma aparıldığını, günahkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, ötən gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR