Putin Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır

Putin Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır
# 14 dekabr 2023 14:25 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

Putin qeyd edib ki, həmkarı Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etməyi planlaşdırıb, lakin Ərdoğanın qrafiki buna imkan verməyib.

“Biz Ərdoğanla razılaşırıq ki, bu səfəri gələn ilin əvvəlində həyata keçirək”, - deyə Rusiya dövlət başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR