Dəmir yolunun Zəyəm-Qovlar mənzilində əsaslı təmirə başlanılıb

Dəmir yolunun Zəyəm-Qovlar mənzilində əsaslı təmirə başlanılıb
# 12 fevral 2016 11:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Bakı-Böyük Kəsik istiqamətində Zəyəm-Qovlar mənzilində 12,4 km yolun əsaslı təmirinə başlanıb.



“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, təmir işləri 10 gün davam edəcək.


Əsaslı təmir işlərinin yeni yaradılmış 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.


Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “Moravia Steel” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına oktyabr ayının sonlarında başlanılıb və bu günədək 48 km dəmir yolu əsaslı təmir olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR