Putinlə Merkel Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər

Putinlə Merkel Ukrayna və Suriyadakı vəziyyəti müzakirə ediblər
# 04 sentyabr 2016 21:39 (UTC +04:00)

Bakı-APA. Çində keçirilən “G-20” sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel arasında görüş olub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bildirib.

“Danışıqlar zamanı tərəflər Ukrayna üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi məsələsi və Suriyanın Hələb şəhərində yaranan vəziyyəti müzakirə ediblər. Görüş iki saatadək davam edib”, deyə Ş.Zaybert qeyd edib.

Rusiya prezidenti Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daxil olmaqla, bir sıra ikitərəfli görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR