Putin prezident seçkilərində 87,28% səs toplayıb

Putin prezident seçkilərində 87,28% səs toplayıb
# 18 mart 2024 16:31 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində seçki bülletenlərinin 100 faizinin sayıldığını açıqlayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, seçki bülletenlərinin 100%-i hesablandıqdan sonra Vladimir Putin - 87,28%, Nikolay Xaritonov - 4,31%, Vladislav Davankov - 3,85%, Leonid Slutskinin - 3,20% səs topladığı məlum olub.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası martın 21-də Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin nəticələrinə rəsmi yekun vuracaq. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, seçici fəallığı müasir Rusiya tarixində rekord göstərici olub: seçki məntəqələrinə 87,1 milyondan çox rusiyalı, yəni seçicilərin 77,44%-i gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR