KİV: Vitse-spiker Ermənistan parlamentində terror törədən şəxsin biznes ortağı olub

KİV: Vitse-spiker Ermənistan parlamentində terror törədən şəxsin biznes ortağı olub
# 26 avqust 2016 10:33 (UTC +04:00)

Bakı - APA. "Ermənistan parlamentinin vitse-spikeri Hermine Nağdalyan əsl biznes ledidir. O, hədsiz dərəcədə varlıdır. Biznesinin əsasını mədən sənayesi, bahalı daşlar təşkil edir".

APA-nın məlumatına görə, bunu Ermənistanın "Replik.am" saytı yazır.

Yazıda bildirilir ki, H. Nağdalyan milyarder hesab olunur.

Vitse-spikerə yaxın olan şəxslərdən biri deyib ki, onun biznes fəaliyyəti uzun illərdir davam edir.

H. Nağdalyanın 1999-cu il oktyabrın 27-də Ermənistan parlamentində terror aktı törədən qrupun rəhbəri olmuş Nairi Hunanyanla da biznes sahəsində əməkdaşlıq etdiyi üzə çıxıb.

Məlumatda bildirilir ki, H. Nağdalyan və N. Hunanyan 90-cı illərdə birlikdə ətir idxal edərək, satışı ilə məşğul olublar.

Ancaq onların bu əməkdaşlığı uzun müddət davam etməyib. N. Hunanyan bir qrup silahlı dəstə ilə 1999-cu ildə parlamentə daxil olaraq, terror aktı törədib.

Atışma zamanı yaralananlar arasında H. Nağdalyan da olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR