Türkiyə çevriliş cəhdinin iştirakçısı olan 8 hərbçinin ekstradisiyası üçün Yunanıstana sorğu göndərib

Türkiyə çevriliş cəhdinin iştirakçısı olan 8 hərbçinin ekstradisiyası üçün Yunanıstana sorğu göndərib
# 16 avqust 2016 16:15 (UTC +04:00)

Bakı - APA. Türkiyə hərbi çevriliş cəhdindən sonra iyulun 16-da “Sikorsky S70 Hawk S/N 11308” vertolyotu ilə Yunanıstana qaçan hərbçilərin ekstradisiyası üçün rəsmi Afinaya sorğu göndərib.

APA-nın “Haber Turk” telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə Ədliyyə Nazirliyi tərəfindən hazırlanan sorğu Yunanıstana Türkiyə Xarici İşlər Nazirliyi vasitəsi ilə göndərilib.

Sənəddə qeyd edilib ki, sorğu iki ölkə arasında cinayətkarların təhvil verilməsi barədə Konvensiya çərçivəsində göndərilib. Türkiyəyə təhvil verilməsi istənilən 8 hərbçi ölkənin Konstitusiya quruluşunu zorla dəyişməyə çalışmaq, Türkiyə prezidentinə qarşı sui-qəsd cəhdi, qanunverici orqana və hökumətə qarşı cinayət və digər maddələrlə ittiham edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR