İran XİN: Saxlanılan ABŞ gəmiləri tezliklə öz yoluna davam edəcəklər

İran XİN: Saxlanılan ABŞ gəmiləri tezliklə öz yoluna davam edəcəklər
# 13 yanvar 2016 00:41 (UTC +04:00)

Bakı-APA. İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerriyə saxlanılan ABŞ gəmilərinin tezliklə öz yoluna davam edəcəyini vəd edib. APA-nın verdiyi xəbərə görə, bunu “Röyters”ə adı çəkilməyən amerikalı məmurlardan biri deyib.

Məlumata görə, nasazlıq səbəbindən İranın ərazi sularına daxil olduğuna görə saxlanılan gəmidə 10-dək amerikalı dənizçi var. “Assoşieyted Press” bildirir ki, iki gəmi Bəhreyn və Küveyt arasında üzərkən onlarla əlaqə kəsilib.

İran tərəfi ABŞ-la əlaqə yaradaraq hər iki hərbi gəminin ekipajlarının təhlükəsizlikdə olduğu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR