Braziliya Deputatlar Palatasının sədri Azərbaycana səfərinin məqsədini açıqlayıb

Braziliya Deputatlar Palatasının sədri Azərbaycana səfərinin məqsədini açıqlayıb
# 31 oktyabr 2016 08:48 (UTC +04:00)

Braziliya Milli Konqresinin Deputatlar Palatasının sədri Rodriqo Mayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, bu gün nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyev və Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.

R. Maya bildirib ki, səfər ticari və işgüzar xarakter daşıyır: "Məqsəd Azərbaycan-Braziliya münasibətlərinin daha da yaxşılaşdırılmasına nail olmaqdır".

Bakı ilə Rio de Janeyronun qardaşlaşmış şəhərlər olduğunu qeyd edən qonaq buna görə Bakıya səfər etməyin çox xoş olduğunu deyib.

Qeyd edək ki, R. Maya Milli Məclisin sədri Oqtay Əsədov, dövlət və hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR