Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb

Qriqoryan İran XİN başçısı ilə müzakirə edilən məsələləri açıqlayıb
# 28 dekabr 2023 11:21 (UTC +04:00)

Ermənistan və İran siyasi dialoqun ən yüksək səviyyədə davam etdirilməsini vacib hesab edir.

APA xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla bağlı görüşünə dair "Facebook" hesabında paylaşımında bildirib.

"Biz iki dost ölkə arasında qarşılıqlı hörmətin və iki xalqın minillik qardaşlığı əsasında qurulmuş yüksək səviyyəli siyasi dialoqun davamlılığının vacibliyini minnətdarlıqla vurğuladıq. Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələləri müzakirə etdik, bu çərçivədə hər ikimiz Ermənistan və İran arasında əməkdaşlığın dərinləşməsini və bu istiqamətdə fəal addımların atılmasını qeyd etdik", - Qriqoryan qeyd edib.

O əlavə edib ki, tərəflər görüşdə Ermənistan hökumətinin təqdim etdiyi “Sülh yollarının kəsişməsi” layihəsini də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR