Türkiyədə minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Türkiyədə minalanmış avtomobilin partladılması nəticəsində 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb
# 25 may 2016 21:30 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Mardin vilayətində PKK terrorçuları jandarm bölməsinə hücum ediblər.

APA-nın xəbərinə görə, Midyat rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 1 əsgər və 2 kənd mühafizəçisi ölüb, 9 nəfər yaralanıb.

Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR