Prezident Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının üzvləri təsdiqlənib

Prezident Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının üzvləri təsdiqlənib
# 18 iyul 2016 15:00 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliev “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, dəyişikliyə əsasən, Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

- Komissiyanın sədri:

Süleyman İsmayılov – Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

- Komissiyanın üzvləri:

Fatma Abdullazadə – Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Şahin Əliyev – Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev – Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov – Prezident Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova – Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov – Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri

Mail Rəhimov – iqtisadi siyasət məsələləri üzrə Dövlət müşavirinin xidmətinin iqtisadi siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov – Prezidentin İşlər müdirinin müavini

Ataxan Paşayev – Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi”.

Sərəncamla Komissiya haqqında Əsasnamədə də bir sıra dəyişiklik edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR