İran səfiri iranlı rejissorların Şuşada kino çəkməsinə münasibət bildirib

İran səfiri iranlı rejissorların Şuşada kino çəkməsinə münasibət bildirib
# 15 iyul 2015 12:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin son günlər erməni mətbuatında İran və Ermənistan kinematoqraflarının Şuşada birgə film çəkmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Səfir bu xəbəri mətbuatdan oxuduğunu, rejissorlarla dövlət arasında əlaqələrin olmadığını nəzərə alaraq, onlarla əlaqə qura bilmədiyini bildirib: “Əgər hansısa məlumat əldə edə bilsəm, sizə bildirəcəyəm”.

Diplomat həmçinin qeyd edib ki, bu cür xəbərlərin bəziləri müəyyən hədəf və məqsəd daşıyır. “Bu məqsədlərdən biri də İranla Azərbaycan arasındakı münasibətləri korlamaq cəhddir. Bu səbəbdən də əvvəlcə xəbərin doğru olub-olmadığını müəyyən etməliyik, sonra isə cavab verə bilərik”.

Xatırladaq ki, son günlər Ermənistan mətbuatında Azərbaycanın işğal altın olunmuş Dağlıq Qarabağ bölgəsində İranla Ermənistan kinematoqraflarının ilk birgə film çəkilişlərinə başlamaları barədə xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR