Bakı-APA. Filippin üçün ABŞ-la vidalaşmağın zamanı çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Çində səfərdə olan Filippin prezidenti Rodriqo Duterte bəyan edib.
“Ölkəmdə yer almağınız yalnız sizə fayda verirdi. Odur ki, dostlar, vidalaşmağın zamanı çatıb. Mən bir daha Amerikaya səfər etməyəcəm. Çünki orada yalnız yeni təhqirlərlə üzləşəcəm”, deyə R.Duterte bildirib.
Bununla belə Filippin prezidenti qeyd edib ki, ölkəsi hər hansı yeni hərbi ittifaqa daxil olmaq və yaxud qüvvədə olan sazişlərdən imtina etmək niyyətində deyil.
Qeyd edək ki, 1946-cı ilədək ABŞ-ın müstəmləkəsi olan Filippinlə rəsmi Vaşinqton arasında bir neçə hərbi saziş mövcuddur.