Rusiya ABŞ-a postsovet ölkələrində hərbi bazalar yaratmamaq barədə öhdəlik götürməyi təklif edib

Rusiya ABŞ-a postsovet ölkələrində hərbi bazalar yaratmamaq barədə öhdəlik götürməyi təklif edib
# 17 dekabr 2021 15:02 (UTC +04:00)

Rusiya ABŞ-a keçmiş SSRİ-nin tərkibində olmuş ölkələrin ərazisində hərbi bazalar yaratmamaq və onların hərbi infrastrukturundan istifadə etməmək öhdəliyini üzərinə götürməyi təklif edir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin “ABŞ və NATO-nun hüquqi təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Rusiya sənədləri layihəsi”ndə bildirilib.

“Amerika Birləşmiş Ştatları əvvəllər Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olmuş və Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvü olmayan dövlətlərin ərazisində hərbi bazalar yaratmayacaq, onların infrastrukturundan hər hansı hərbi fəaliyyət üçün istifadə etməyəcək və ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməyəcək”, - sənəddə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR