Rusiya Estoniyanın Baş naziri Kaya Kallası axtarışa verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Estoniya hökumətinin rəhbəri haqqında məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.
Rusiya Estoniyanın dövlət katibi Taymar Peterkopu da axtarışa verib. Onun cinayət maddəsi ilə axtarışa verildiyinə dair məlumat Rusiya DİN-in bazasına yerləşdirilib.