Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb

Rusiya FTX terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb
# 21 fevral 2024 12:49 (UTC +04:00)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskva vilayətinin Lobnya şəhərində təhlükəsizlik xidməti əməkdaşının avtomobilini partlatmağa cəhd edən şübhəli şəxsi saxlayıb.

APA xəbər verir ki, bu barədə TASS-a FTX-nin Moskva şəhəri və Moskva vilayəti üzrə idarəsinin mətbuat xidmətindən bildirilib.

Xidmətdən bildirilib ki, Yaroslavldan olan saxlanılan şəxs terror aktını Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirməyi planlaşdırıb.

Xatırladaq ki, 19 fevral tarixində Lobnya şəhəri, Drujba küçəsində yerləşən evlərin birinin yanında dayanmış avtomobildən əldəqayırma partlayıcı qurğu aşkar edilib.

Qurğunun zərərsizləşdirilməsi zamanı yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.

Faktla bağlı terror və dövlətə xəyanət maddələri ilə iş açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR