Rusiya HHM qüvvələri Moskva və Belqorod vilayətlərində hava hücumunun qarşısını alıb

Rusiya HHM qüvvələri Moskva və Belqorod vilayətlərində hava hücumunun qarşısını alıb
# 19 avqust 2023 16:14 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələrinin təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) köməyi ilə Moskva və Moskva vilayətində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb.

APA xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən uçan aparat aşkar edilərək radioelektron vasitələrlə hücumun qarşısı alınıb. PUA idarəetməni itirərək Krasnoqorsk şəhərinin Putilkovo qəsəbəsi yaxınlığındakı boş əraziyə düşüb.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Belqorod şəhəri üzərinə uçan hədəfi də zərərsizləşdiriblər. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR