Rusiya MN Ukraynanın “Novoçerkassk” gəmisinə hücumunu təsdiqləyib

Rusiya MN Ukraynanın “Novoçerkassk” gəmisinə hücumunu təsdiqləyib
# 26 dekabr 2023 10:58 (UTC +04:00)

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Krımın Feodosiya limanında “Novoçerkassk” desant gəmisinə hücumunu təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya hücum nəticəsində hərbi gəminin zədələndiyini açıqlayıb.

Rusiya Silahlı Qüvvələrinin desant gəmisinə idarəolunan raket buraxan Ukraynanın iki Su-24 təyyarəsini vurduğu qeyd olunub.

Krımın rəhbəri Sergey Aksenov isə bildirib ki, hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR