Rusiya Türkiyəyə daha bir qaz kəməri çəkməyi təklif edib

Rusiya Türkiyəyə daha bir qaz kəməri çəkməyi təklif edib
# 13 oktyabr 2022 15:20 (UTC +04:00)

Rusiya Türkiyəyə daha bir qaz kəməri sistemi çəkməyi təklif edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanada görüşündə bildirib.

“Biz dünən “Rusiya Enerji Həftəsi”ndə sizin energetika naziriniz və “Botaş” şirkətinin rəhbərli ilə məsləhətləşmələrdən sonra “Qazprom”la razılaşdıq ki, əgər Türkiyənin marağı olarsa və mümkün digər alıcı ölkələrimizin marağı olarsa, daha bir qaz kəməri sisteminin inşasının və Türkiyədə qaz qovşağının yaradılmasının mümkünlüyünə baxmaq olar. Bu qovşağın işi zamanı biz mavi yanacağın qiymətinin müəyyənləşdirilməsinə baxa bilərik ki, bu da bu məsələnin siyasiləşdirilməsini istisna edəcək”, - Putin deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR