Rusiya və İran liderlərinin telefon danışığı olub

Rusiya və İran liderlərinin telefon danışığı olub
# 17 avqust 2023 19:58 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı İran lideri Rusiya Prezidentinə Dağıstan Respublikasının Mahaçqala şəhərində baş vermiş partlayışda həyatını itirənlərlə bağlı başsağlığı verib.

Putin də öz növbəsində iranlı həmkarına Şirazda məsciddə baş vermiş terror aktına görə başsağlığı verib.

Tərəflər, həmçinin hər iki ölkənin siyasi, iqtisadi, energetika, nəqliyyat - logistika və digər sahələrdə qarşılıqlı əməkdaşlığını müzakirə ediblər.

Beynəlxalq və regional məsələlərdə əməkdaşlığın genişləndirilməsi məsələləri, o cümlədən İranın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) tamhüquqlu üzv kimi iştiraka, habelə BRİKS-in fəaliyyətinə qoşulmağa maraqlı olması ilə bağlı məsələlər müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR