Rusiya XİN: Moskva MDB-də parçalanma əlamətləri görmür

Rusiya XİN: Moskva MDB-də parçalanma əlamətləri görmür
# 08 fevral 2024 09:04 (UTC +04:00)

Moskva MDB-də parçalanma əlamətləri görmür.

APA xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.

Nazir müavini Ermənistanı Rusiyanın mühüm tərəfdaşı və MDB-də maraqlı iştirakçı tərəf adlandırıb.

Ermənistanın Moldovanın timsalında birlikdən çıxmaq barədə düşünə bilərmi sualına cavab verərkən o deyib:

"Müəyyən mərhələdə həqiqətən də İrəvanın MDB platformasında fəallığında azalma müşahidə olunub. Amma ümumilikdə ilin yekunlarını müsbət hesab etmək olar. Ermənistan tərəfi təşkilatın oktyabrın 13-də Bişkekdə keçirilən sammitinin əksər qərarlarına qoşulub. 2023-cü ildə qəbul edilmiş birgə bəyanatları dəstəklədi”, - deyə Pankin bildriib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR