Rusiya XİN: Ukrayna hakimiyyəti Qafqazda və Dnestryanıda münaqişələri qızışdırmaq istəyir

Rusiya XİN: Ukrayna hakimiyyəti Qafqazda və Dnestryanıda münaqişələri qızışdırmaq istəyir
# 26 oktyabr 2023 17:21 (UTC +04:00)

Ukrayna hakimiyyəti Qafqazda və Dnestryanıda münaqişələri qızışdırmaq istəyir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Kiyevdə hələ də Rusiyaya qarşı, necə deyərlər, “ikinci cəbhə” açmaq arzusundadırlar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Zelenskinin ardınca bu yaxınlarda Gürcüstanı hərbi əməliyyatlara başlamağa çağırıb. Moldova hakimiyyətinə də analoji çağırış ünvanlayıb. Əslində, Kiyev xuntası Qafqazda və Dnestryanıda müharibənin qızışdırılmasına təhrik edir. Onların arxasında kim dayanır? Əlbəttə ki, ABŞ, çünki ABŞ-da müəyyən qüvvələrin fikrincə, dünya alovlanmalıdır. Biz hətta onların Yaxın Şərqdəki vəziyyət kontekstində "atəşkəs" və "vəziyyətin sakitləşməsi" ifadələrinə belə dözə bilmədiklərini görürük”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR