Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb

Rusiyada bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə saxlanılıb
# 24 yanvar 2022 00:20 (UTC +04:00)

Rusiyanın Omsk vilayətində bir ailəni qətlə yetirməkdə şübhəli bilinən iki yeniyetmə polis tərəfindən saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Bir ailəni qətlə yetirməkdə şübhəli bilinən 14 yaşlı qız və onun 17 yaşlı tanışı saxlanılıb. Qız öldürülən qadının qızıdır”, - mənbə vurğulayıb.

Qeyd edək ki, yanvarın 22-də səhər saatlarında Omskın Yurievka kəndində mənzildən bir ailənin 10 yaşlı əlil uşaq da daxil olmaqla zorakılıqla öldürülmüş 3 nəfərin meyiti tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR