Rusiyada daha 820 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 820 nəfər COVID-19-dan ölüb
# 23 sentyabr 2021 12:44 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 438 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 354 995 nəfərə çatıb.

Son sutka ərzində 820 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 201 445 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR