Rusiyanın Novosibirsk vilayətinin Lenin rayonunda ikimərtəbəli binanın divarı uçub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə zamanı binada 8 fəhlənin işlədiyi bildirilir.
Hadisə nəticəsində iki fəhlə ölüb, ikisi yaralanıb. Yaralıların ağır vəziyyətdə olduğu bildirilir. Dağıntılar altında qalanlar var.
Ərazidə 5 təcili yardım briqadası və kinoloqlar çalışır.