Rusiyada ilk dəfə olaraq hərbi xidmətdən yayınma ilə bağlı olmayan ağır cinayətlərə görə məhkum olunanlar vətəndaşlıqdan məhrum edilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburqda 10-a yaxın miqrantın Rusiya vətəndaşlığı ləğv edilib. Onlar cəzasını çəkdikdən sonra ölkədən çıxarılacaqlar.
Qəbul edilmiş Rusiya vətəndaşlığından məhrumetmə haqqında qanunun qəbulundan sonra ilk dəfə olaraq Sankt-Peterburqda on nəfərə yaxın şəxs Rusiya pasportlarını “itirib”. Onların hamısı əsasən 228-ci maddə ilə ağır cinayətlərə görə məhkum ediliblər.
Artıq rayon miqrasiya idarələrində müvafiq prosedurlar həyata keçirilib.
Qeyd edək ki, müvafiq qanun dekabrın 26-da qüvvəyə minib və müəyyən cinayətlər törətdiyinə və ya milli təhlükəsizliyə təhdid yaratdığına görə sonradan Rusiya vətəndaşlığına qəbul olunanların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutur.