Rusiyada jurnalisti bomba ilə qətlə yetirən qadına 27 il iş verilib

Rusiyada jurnalisti bomba ilə qətlə yetirən qadına 27 il iş verilib
# 25 yanvar 2024 16:18 (UTC +04:00)

Rusiyada məhkəmə Sankt-Peterburqda terror aktı ilə bağlı iş üzrə 26 yaşlı Darya Trepovanı 27 il müddətinə azadlıqdan məhrum edib.

APA Lenta.ru-ya istinadən xəbər verir ki, o, cəzasını ümumi rejimli koloniyada çəkəcək.

O, terror aktı törətməkdə, partlayıcı qurğuların qanunsuz dövriyyəsində, saxta sənəddən istifadə etməkdə təqsirli ”) maddələri ilə təqsirli bilinib.

Müəyyən edilib ki, Trepova ötən il aprelin 2-də hərbi müxbir Vladlen Tatarskiyə (əsl adı Maksim Fomin) telefon zəngi ilə işə salınan içində partlayıcı qurğu olan heykəlcik verib. Partlayış nəticəsində müxbir həlak olub, 52 nəfər yaralanıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin müəyyən etdiyinə görə, Trepova terror aktının hazırlanmasında Ukrayna xüsusi xidmət orqanları və onların agentləri ilə əməkdaşlıq edib.

Təqsirləndirilən şəxs yalnız saxta sənəddən istifadə maddəsi ilə özünü təqsirli bilib. O, heykəlin içindəki bombadan xəbərsiz olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR