Rusiyada koronavirusdan ölənlərin sayı 297 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 297 mini ötüb 
# 19 dekabr 2021 12:32 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 967 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 214 790 nəfərə çatıb.
Son sutka ərzində 1023 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 297 203 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR