Rusiyada pandemiya dövründə COVID-19-a rekord yoluxma qeydə alınıb

Rusiyada pandemiya dövründə COVID-19-a rekord yoluxma qeydə alınıb
# 21 yanvar 2022 13:45 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 49 513 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bu, pandemiya dövründə ən yüksək gündəlik yoluxma sayıdır.

Beləliklə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 987 774 nəfərə çatıb.

Son sutka ərzində 692 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 324 752 nəfərə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR