Rusiyada terrorçu və ekstremistlər siyahısına salınan erməni jurnalist axtarışa verilib

Rusiyada terrorçu və ekstremistlər siyahısına salınan erməni jurnalist axtarışa verilib
# 18 avqust 2023 17:19 (UTC +04:00)

Rusiyada jurnalist Karen Şainyan barədə cinayət işi açılıb və o, axtarışa verilib.

APA xəbər verir ki, bu barədə Rusiya DİN məlumat bazasında məlumat verilib.

Bildirilir ki, Şainyan Rusiyada xarici agent kimi tanınıb və Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin (Rosfinmonitorinq) terrorçu və ekstremistlər siyahısına daxil edilib.

Qeyd edək ki, Şainyan “Kommersant” nəşrinin maliyyə bölməsinin (“Kommersant Money”) müxbiri işləyib və “Slon” jurnalında baş redaktorun müavini olub.

Rusiyada digər bir şəxs - “Qolos” hərəkatının həmsədri Qriqori Melkonyants barədə də İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb. Bu barədə vəkil Mixail Biryukov məlumat yayıb.

Melkonyants Rusiyada arzuolunmaz QHT-nin işinin təşkili maddəsi ilə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR