Rusiyada təyyarə qəzasında ölənlərin adı açıqlanıb, onların arasında Priqojin də var - YENİLƏNİB-3 - VİDEO

Rusiyada təyyarə qəzasında ölənlərin adı açıqlanıb, onların arasında Priqojin də var - YENİLƏNİB-3  - VİDEO
# 24 avqust 2023 00:47 (UTC +04:00)

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.

APA xəbər verir ki, siyahıda Yevgeni Priqojin və Dmitri Utkinin də adları yer alır.

Təyyarənin göyərtəsində həmçinin Sergey Propustin, Yevgeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev və üç ekipaj üzvü: təyyarə komandiri Aleksey Levşin, ikinci pilot Rüstəm Kərimov və stüardessa Kristina Raspopova da olub.

Bildirilib ki, qəza nəticəsində 3 nəfər heyət üzvü və 7 sərnişin həlak olub.

***

00.03

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, göyərtəsində Yevgeni Priqojinin olduğu təyyarənin Tver vilayətində qəzaya uğradığı yerdə xilasedicilər 7 nəfərin cəsədini qalıqlar altından çıxarıblar.

APA-nın məlumatına görə, bu barədə TASS-a Boloqovski rayonunun vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.

“Yeddi nəfərin cəsədi çıxarılıb”, - deyə xidmətdən bildirilib.

***

20.56

Rusiyanın Tver vilayətində baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Baza teleqram kanalının məlumatına görə, təyyarə “Vaqner”in rəhbəri Yevgeni Priqojinə məxsus olub.Rosavianın məlumatına görə, Tver vilayətində qəzaya uğrayan Embraer tipli təyyarədəki sərnişinlər arasında Yevgeni Priqojin də olub.

***

20.36

Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, ilkin məlumatlara görə, təyyarədə 7 nəfər olub. Onlardan üçü dünyasını dəyişib.

Daha dörd nəfərin taleyi naməlumdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR