Rusiyada üç maşın toqquşaraq yanıb, beş nəfər ölüb

Rusiyada üç maşın toqquşaraq yanıb, beş nəfər ölüb
# 16 mart 2024 13:42 (UTC +04:00)

Rusiyanın Omsk vilayətində iki yük maşını və mikroavtobusun toqquşması nəticəsində beş nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, Lyubinsk rayonunun Uvalo-Yadrino kəndi ərazisində baş verən qəzada ölənlərdən biri uşaqdır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, toqquşmadan sonra hər üç avtomobil yanıb.

Hadisə yerinə xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR