Rusiyanın Krasnoqorsk şəhərində yaşayış binasının şüşələri sınıb

Rusiyanın Krasnoqorsk şəhərində yaşayış binasının şüşələri sınıb
# 22 avqust 2023 04:30 (UTC +04:00)

Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində çoxmərtəbəli yaşayış binalarından birində şüşələr qırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə hallar xidməti məlumat verib.

"Krasnoqorskda çoxmərtəbəli yaşayış binalarından birində bir neçə mərtəbədə şüşənin qırılması qeydə alınıb. Evin yaxınlığında dayanmış bir neçə avtomobil də zədələnib", - deyə bildirib.

Rəsmi məlumat verilməsə də, bəzi Teleqram kanalları hadisəyə dron hücumunun səbəb olduğunu yazır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR