Rusiyanın Lobnya şəhərində xəbərdarlıq rejimi tətbiq edilib - YENİLƏNİB

Rusiyanın Lobnya şəhərində xəbərdarlıq rejimi tətbiq edilib - YENİLƏNİB
# 19 fevral 2024 14:00 (UTC +04:00)

Moskva vilayətinin Lobnya şəhərində fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq rejimi tətbiq edilib, sakinlərdən təşvişə düşməmələri xahiş olunur.

APA-nın Rusiya bürosu xəbər ki, bu barədə şəhər hakimiyyətindən verilən açıqlamada bildirilib.

“112 teleqram kanalı Lobnyada partlayış təhlükəsinin aradan qaldırıldığını yazıb. "Hər kəs təhlükəsiz məsafəyə çəkilən zaman şübhəli partlayıcı qurğu işə salınıb və zərərsizləşdirilib. Təxliyə edilən 56 nəfərin tezliklə öz mənzillərinə qayıtmağa icazə veriləcək”, - məlumatda bildirilib.

***

13:24

Moskva vilayətinin Lobnya şəhərində avtomobilin içərisindən partlayıcı qurğu tapılıb.

APA-nın Rusiya bürosu Shot teleqram kanalına istinadən xəbər verir ki, şəhərdə “Zaqorsk” rejimi (sakinlərin dərhal təxliyəsi tələbi) elan edilib

Nəşrin məlumatın görə, bomba quraşdırılmış avtomobil Lobnyanın Drujba küçəsində aşkarlanıb. Bu səbəbdən həmin küçədə dörd ev təxliyə edilib və onların sakinləri iki yerli məktəbə yerləşdirilib.

Güc strukturları partlayıcı qurğunun aşkar olunduğu avtomobilin yanında bir nəfəri saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR