Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin arxa oturacağının arxa hissəsindən aksiz markası olmayan, üzərində "Comet" yazısı olan 1720 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.