Kiyev və Tiflis “İpək yolu”nun inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər

Kiyev və Tiflis “İpək yolu”nun inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər
# 14 fevral 2016 03:19 (UTC +04:00)

Bakı-APA. Ukrayna və Gürcüstan Rusiyadan kənar “İpək yolu” yeni dəmir yolu nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər.

APA-nın Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qeyd olunan məsələ fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko və Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə olunub.

“Tərəflər iqtisadi əməkdaşlığın aktivləşdirilməsinə, xüsusilə, “İpək yolu” yeni dəmir yolu nəqliyyat dəhlizinin inkişafının sürətləndirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilir.

Ukrayna prezidenti, həmçinin, ölkəsinə göstərilən humanitar yardıma görə Gürcüstanın baş nazirinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Ukraynanın infrastruktura naziri Andrey Pivovarski Rusiyadan kənar keçən “İpək yolu” dəmir yolu marşrutu üzrə qatarların mart ayından etibarən biznes-rejimində hərəkət etməyə başlayacağını bildirib.

“Fevralın sonunda Azərbaycanda bütün texniki məsələləri həll edəcək protokol imzalanacaq və mart ayından etibarən Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə qatarlar artıq biznes-rejimində hərəkət etməyə başlayacaqlar”, deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR