Bu il hərbi xidmətə çağırılan 283 nəfər uroloji xəstəliklər üzrə müayinə olunub

Bu il hərbi xidmətə çağırılan 283 nəfər uroloji xəstəliklər üzrə müayinə olunub
# 07 sentyabr 2016 10:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin uroloji şikayətləri olduğu halda onlar Respublika Klinik Uroloji Xəstəxanasına göndərilir. APA-nın xəbərinə görə, bunu akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxananın Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov bildirib. Ş. Nəsirov deyib  ki, ötən il 1684 nəfər, bu ilin 6 ayı ərzində isə 283 nəfər gənc uroloji xəstəliklər üzrə müayinə olunub.

 

Onun sözlərinə görə, ötən il hərbi xidmətə çağırılan bir gəncdə böyrək çatışmazlığı aşkar olunub və o, dializ müalicəsində yönləndirilib.

 

 

Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev isə hər iki böyrəyinin fəaliyyəti dayanan xəstələrin sayı barədə danışaraq qeyd edib ki, ötən il belə xəstələrin sayı 32 nəfər olub: “Onlardan yalnız 1-də xəstəlik xroniki hala keçib. Digərləri isə əvvəlcədən sağlam olduqları üçün 6-7 seans hemodializ aldıqdan sonra normal həyatlarına qayıdıblar”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR