Kabildə terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb

 Kabildə terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb
# 05 sentyabr 2016 18:46 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində ölənlərin sayı 30-a çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.

 

Bu gün Kabildə Əfqanıstan Müdafiə nazirliyinin binasının qarşısında iki terrorçu-kamikadze özünü partladıb. Ölənlər arasında bir neçə yüksək rütbəli hərbçi, o cümlədən Əfqanıstan prezidentinin mühafizə xidməti rəisinin müavini Zaman Əhmədzayın olduğu bildirilir.

 

Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR